13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycan millisi dünya çempionatında 6-cı yeri tutub
Tarix: 04-11-2021 14:47 | Bölmə: İdman
Azərbaycan millisi dünya çempionatında 6-cı yeri tutub

Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında klassik güləş üzrə yarışa yekun vurulub. Reyting.az xəbər verir ki, mundialda 10 çəkidən cəmi 7-sində təmsil olunan Azərbaycan millisi 3 medal qazanıb və 67 xalla komanda hesabında 6-cı yeri tutub.

1 qızıl və 2 bürünc medal əldə edən yığmamız, U-23 dünya çempionatları tarixində medalların əyarına görə ən yaxşı nəticəsinə imza atıb.

Yunan-Roma güləşçiləri 2017-də 2 bürünc, 2018-də 2 gümüş və 1 bürünc, 2019-da isə 1 gümüş və 1 bürünc medal qazanıb.(Matc.az)




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib