13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dünya çempionatı: boksçumuz finala yüksəlib
Tarix: 04-11-2021 21:18 | Bölmə: İdman
Dünya çempionatı: boksçumuz finala yüksəlib

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

Reyting.az
xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançı yarımfinalda kubalı Ruis Kordoba ilə qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını finala yazdırıb. Sabah keçiriləcək final qarşılaşmasında Domingesin rəqibi braziliyalı Keno Maçado olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 boksçusu yarımfinal görüşlərini keçirəcək. Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevlə, Məhəmməd Abdullayev (+92 kq) isə ermənistanlı Davit Çaloyanla üz-üzə gələcək.(qol.az)




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib