13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Qarabağ”ın oyunçusu ən yaxşı futbolçu adına namizəddir - Foto
Tarix: 05-11-2021 09:29 | Bölmə: İdman
“Qarabağ”ın oyunçusu ən yaxşı futbolçu adına namizəddir

Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Reyting.az
-ın məlumatına görə, UEFA qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı oyunçusu olmağa 4 iddiaçı seçib. Onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də var. Qazaxıstanda “Kayrat” üzərindəki 2:1 hesablı qələbəyə 1 qolla töhfə verən fransalı futbolçu həftənin oyunçusu olmağa namizəddir.

Abdullah Zubirin rəqibləri Andre Qrin (“Slovan”), Keyto Nakamura (LASK) və Ola Solbakkendir (“Bodo-Qlimt”).

Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində bəlli olacaq.





Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib