"Qarabağ" səfərdə "Sumqayıt"ı 4 qolla məğlub edib
Tarix: 07-11-2021 21:38 | Bölmə: İdman
"Qarabağ" səfərdə "Sumqayıt"ı 4 qolla məğlub edib

Bu gün Azərbaycan Premyer Liqasında "Sumqayıt" "Qarabağ"ı qəbul edib.

Reyting.az
xəbər verir ki, oyun "Qarabağ"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 0:4.

Görüşün sonlarında "Qarabağ" azarkeşləri "Neftçi" və ötən mövsümün son turunda flaqmanla oyunu idarə etmiş və elə bu qarşılaşmanın da baş hakimi olan Elçin Məsiyevin əleyhinə şüarlar səsləndiriblər.

Bu qələbə sayəsində "Qarabağ" 10 oyundan sonra xallarını 23-ə çatdıraraq, liderliyini möhkəmlədib.

Xatırladaq ki, ümumilikdə 17 qolun vurulduğu turun əvvəlki oyunlarında "Keşlə" evdə "Neftçi"yə 3:2, "Qəbələ" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Zirə" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 3:3.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}