18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
AFFA ilə Aslan İsmayılovun məhkəmə çəkişməsi davam edir
Tarix: 10-11-2021 13:52 | Bölmə: İdman
AFFA ilə Aslan İsmayılovun məhkəmə çəkişməsi davam edir

Bu gün Səbail Rayon məhkəməsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə hüquqşünas Aslan İsmayılovun məhkəməsi baş tutub.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Bu barədə Bizim.Media-ya danışan Aslan İsmayılov özü məlumat verib.

“Verdiyim vəsadətin heç birini məhkəmə təmin etmədi. İşin baxışını noyabrın 12-si saat 14.30 təxirə salındı”.

Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Firuz Qarayev isə Bizim.Media-ya bildirib ki, hazırda qurum məhkəmənin verəcəyi qərarı gözləyir.

“AFFA məhkəmə barədə heç bir açıqlama verməyəcək. Çünki proses hələ ki, davam edir. Məhkəmə qərar verdikdən sonra yəqin ki, qurum bu barədə geniş açıqlama verəcək. Məhkəmənin rəsmi qətnaməsi əldə olunduqdan sonra biz qərarımızı açıqlayacağıq”.

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraçı vitse prezidenti Elxan Məmmədov 27 sentyabr 2021-ci il tarixində Səbail Rayon məhkəməsinə müraciət edərək özünün və başçılıq etdiyi təşkilatın nüfuzunu ləkələdiyimə görə vəkil Aslan İsmayılovu məhkəməyə verib.

Xatırladaq ki, Aslan İsmayılov sosial şəbəkə hesabında AFFA-nı qeyri-şəffaflıqda ittiham edib.

Qurumun rəhbərliyi isə hüquqşünasın yazdıqlarını böhtan hesab edərək onu məhkəməyə verib. AFFA Aslan İsmayılovun üzr istəməsini və 10 min manat təzminat ödəməsini tələb edir.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər