Milli komandamız məğlub olub
Tarix: 12-11-2021 22:46 | Bölmə: İdman
Milli komandamız məğlub olub

Azərbaycanın U-21 millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Reyting.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı beşinci matçında Avstriya ilə üz-üzə gəlib.

Komandamız bu rəqiblə Bakıdakı “Bakcell Arena”da qarşılaşıb. Əvvəlki oyunlarda cəmi 1 xal qazanmış millimiz Avstriyaya qarşı səfərdə keçirdiyi oyunda 6 cavabsız qola üzülmüşdü. Futbolçularımız bu darmadağının qisasını almaq üçün yaxşı şansa malik olsa da, bu dəfə də böyük hesabla uduzub.

Xatırladaq ki, Azərbaycan millisi Xorvatiyaya səfərdə 0:2, evdə 1:5, Avstriyaya səfərdə 0:6 hesabı ilə uduzub, yalnız Finlandiya ilə ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
12 noyabr


Azərbaycan – Avstriya 0:3
Qol: Emanuel Aivu, 42. Romano Şmid, 72-pen; 75.
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Bakı. “Bakcell Arena”.

Xal durumu: Xorvatiya – 15, Avstriya – 12, Norveç – 9, Finlandiya – 7, Azərbaycan – 1, Estoniya – 0.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}