Azərbaycan millisinin baş məşqçisi koronavirusa yoluxubmuş: "7 kq arıqladım"
Tarix: 03-01-2022 18:07 | Bölmə: İdman
Azərbaycan millisinin baş məşqçisi koronavirusa yoluxubmuş: "7 kq arıqladım"

"Koronavirusa yoluxmaq mənim üçün ağır idi".

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Vikonos Radio/Tv"yə açıqlamasında deyib.

66 yaşlı italiyalı mütəxəssis peyvəndlərin ona çox köməklik etdiyini bildirib: "Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm".

Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər