"Legiya"nın direktoru: "Mahir Emrelinin bizimlə müqavilə öhdəliyi var"
Tarix: 05-01-2022 14:32 | Bölmə: İdman
"Legiya"nın direktoru: "Mahir Emrelinin bizimlə müqavilə öhdəliyi var"

"Onun bizimlə müqavilə öhdəliyi var".

Bunu Polşa "Legiya"sının idman direktoru Yatsek Zelinski Mahir Emrelinin toplanışa qatılmamasına münasibət bildirərkən deyib.

Zelinskinin sözlərinə görə, mövcud sözləşməyə əsasən, Emreli dekabrın 6-da komandanın digər üzvləri ilə birlikdə testlərə qatılmalıdır.

Azarkeşlərin hücumuna məruz qalmış digər oyunçu Lukinyas isə Emrelidən fərqli olaraq, plan üzrə toplanışa qatılıb. Yaxşı əhval-ruhiyyədə olan braziliyalı forvard komanda yoldaşları ilə zarafatından da qalmayıb.

Qeyd edək ki, "Legiya" klubu bu gün təlim-məşq toplanışına start verib. İlk gündə hansısa məşq planlaşdırılmayıb. Son ölkə çempionunun futbolçuları sabah Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesinə yollanmamışdan əvvəl koronavirus testlərindən keçib. Hazırda Türkiyənin İstanbul şəhərində olan Emrelinin toplanışa getmə ehtimalı olduqca azdır.

ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}