"Neftçi"də iki futbolçu və məşqçi koronavirusa yoluxub
Tarix: 05-01-2022 15:13 | Bölmə: İdman
"Neftçi"də iki futbolçu və məşqçi koronavirusa yoluxub

"Neftçi"də iki futbolçu və məşqçi koronavirusa yoluxub.

Məlumata görə, komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo, futbolçular Sezar Meza Kolli və Tiaqo Bezerrada infeksiya aşkarlanıb.

Yarımmüdafiəçi Xorxe Korreanın isə ailə üzvləri koronavirusa yoluxub. Bu səbəbdən, argentinalı futbolçunun özü də vətənində karantinə alınıb.

Onlar "ağ-qaralar"ın bu gün start götürən təlim-məşq toplanışında iştirak etmirlər.

Digər legioner Mamadu Mboc isə şəxsi işləri ilə bağlı klubdan icazə alıb. Mamadu Kane isə hazırda Afrika Millətlər Kubokunda iştirakı ilə əlaqadar "Neftçi"nin düşərgəsinə gec qoşulacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər