Qış Olimpiya Oyunlarının təxirə salınması təklif olunub
Tarix: 06-01-2022 17:54 | Bölmə: İdman
Qış Olimpiya Oyunlarının təxirə salınması təklif olunub

Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təxirə salınması təklif edilib.

RTS xəbər verir ki, təklifi İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli irəli sürüb.

O, Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: "Hər gün idmançıların koronavirusa yoluxduğunu eşidirik. Yarışın təxirə salınmasını hələ də müzakirə edə bilərik. Ən yaxşı idmançılar Oyunlara gedə bilməsə, vəziyyət çətin olacaq".

Qeyd edək ki, Pekin-2022 4 - 20 fevralda keçiriləcək. Hələlik olimpiadaya Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər