"Qarabağ" portuqaliyalı futbolçu ilə danşıqlar aparır
Tarix: 07-01-2022 10:31 | Bölmə: İdman
"Qarabağ" portuqaliyalı futbolçu ilə danşıqlar aparır

"Qarabağ" portuqaliyalı futbolçu Leandro Andrade ilə danışıqlar aparır.

Reyting.az
xəbər verir ki, bu haqda Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.

"Sportinq"in yetirməsi olan 22 yaşlı L. Andrade hücuma meylli yarımmüdafiəçidir. O, ölkəsində "Olhanense", "CD Fatima", eləcə də Bolqarıstanın "Çerno More" komandalarında oynayıb.

G. Abbaszadə əlavə edib ki, L. Andrade “Qarabağ” klubunun maraq dairəsindədir: "O, danışıqlar apardığımız futbolçulardan biridir. Lakin Leandronun klubu ilə rəsmi müqaviləsi var. Hazırda danışıqlarımız davam edir. Əgər danışıqlarımız müsbət nəticlənərsə, bu haqda rəsmi məlumat verəcəyik".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}