Azərbaycanın daha bir idmançısı Qış Olimpiya Oyunlarında iştirak edə bilər
Tarix: 07-01-2022 17:58 | Bölmə: İdman
Azərbaycanın daha bir idmançısı Qış Olimpiya Oyunlarında iştirak edə bilər

Azərbaycanın dağ xizəkçisi İlya Kostov Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edə bilər.

Bu barədə Bolqarıstan əsilli 17 yaşlı idmançının məşqçisi Martin Fornari məlumat verib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, olimpiadaya lisenziya qazanmaq üçün Kostovun bir neçə şansı var: "O, əvvəlcə təcrübə toplamaq üçün yarışacaq. Çünki öz yaş kateqoriyasının birinci ilindədir. Potensialı üçün əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Kostov indiyədək dağ xizəyinin müxtəlif növləri üzrə yarışlarda qüvvəsini sınayıb. Bu ay daha bir neçə turnirdə mübarizə aparacaq. İlk 2 yarış Fransada baş tutacaq. Olimpiadaya lisenziya qazanmaq üçün 80 xal toplamalıdır. Amma bunu etmək çətin olacaq. Kostovun 10 - 13 yanvarda İtaliyanın San-Pelleqrino kommunasında keçiriləcək yarışda daha bir şansı olacaq".

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Hələlik Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb/rEPORT.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər