İtaliyada “uğursuzların döyüşü” və Messinin qayıdışı
Tarix: 09-01-2022 13:57 | Bölmə: İdman
İtaliyada “uğursuzların döyüşü” və Messinin qayıdışı

Bu gün futbol üzrə İtaliya çempionatında baş tutacaq “Roma”-“Yuventus” və “İnter”-“Latsio” qarşılaşması böyük maraq doğurur.

İstirahət günü futbol azarkeşlərini üç maraqlı oyunla sevindirəcək. İtaliyada “Roma” öz meydanında “Yuventus”u, “İnter” isə “Latsio”nu qəbul edəcək. Fransa çempionatındakı son oyunları ilə azarkeşlərini məyyus edən “Lion” doğma divarlar arasında “PSJ”yə qalib gəlməklə özünü tərəfdarlarının gözündə reablitasiya etdirməyə çalışacaq.

“İnter”in formasını geyinmiş məşhur futbolçu İnzaqi bu gün “Latsio”ya qarşı necə oynayacağını yaxşı bildiyini açıqlayıb. Bu qarşılaşmaya xüsusi hisslərlə çıxacağını gizlətməyən İnzaqi yeni klubuna məhz “Latsio”dan transfer olub. Simone və Sarrinin məşqçi dueli isə həmişə böyük maraqla izlənilib.

Koronavirus testi müsbət çıxan Lionel Messi yenicə karantin müddətini başa vurub, komandaya qayıdıb. “PSJ” nin şərəfini qoruyan məşhur argentinalı çox güman ki, bu günki oyunda əsas heyətə buraxılacaq. Parisli azarkeşlər son vaxtlar kadr problemini yaşayan paytaxt klubunun “Lion”la matçda xüsusi performans nümayiş etdirəcəyini gözləyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}