Zinəddin Zidan Messinin baş məşqçisi olacaq
Tarix: 09-01-2022 17:55 | Bölmə: İdman
Zinəddin Zidan Messinin baş məşqçisi olacaq

"Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan PSJ klubu ilə müqavilə imzalamağa razılaşıb.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, mütəxəssis parislilərlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və yayda kluba rəhbərlik edəcək.

PSJ rəhbərliyi komandanın hazırkı baş məşqçisi Maurisio Poçettinoya güvənmədiyi üçün Zidanı çağırıb.

49 yaşlı Zinəddin Zidan 2021-ci ilin yayında "Real”dan ayrıldıqdan sonra klubsuz qalıb.

İspaniya komandası ilə fransalı mütəxəssis 11 kubok qazanıb. Onların əksəriyyəti Kriştiano Ronaldo ilə birlikdə əldə edilib.

İndi Zidan dünya futbolunun daha bir ulduzu - Lionel Messi ilə işləməli olacaq.

Xatırladaq ki, bundan əvvəl Zinəddin Zidan Ronaldonun çıxış etdiyi “Mançester Yunayted” komandasının sükanı arxasına keçməkdən tamamilə imtina etmişdi. Fransızın bunun üçün çox yaxşı səbəbi var - həyat yoldaşı nəinki Mançesterə köçmək, qəti şəkildə İngiltərədə yaşamaq istəmir.

Əlavə edək ki, Zidan dünyanın ən titullu məşqçilərindən biridir. Onun rəhbərliyi altında “Real” üç dəfə Çempionlar Liqasının qalibi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}