"Sumqayıt" Araz Abdullayevlə anlaşıb
Tarix: 10-01-2022 15:54 | Bölmə: İdman
"Sumqayıt" Araz Abdullayevlə anlaşıb

"Sumqayıt" klubu Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə anlaşıb.

Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O, 30 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunduğunu və Abdullayevlə yaxın zamanda yeni müqavilə imzalanacağını bildirib.

Qeyd edək ki, Araz Abdullayev yanvarın 5-də Kipr "Etnikos"undan ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}