"Fənərbağça" yenə məğlub olub
Tarix: 10-01-2022 23:14 | Bölmə: İdman
"Fənərbağça" yenə məğlub olub

Bu gün Futbol üzrə Türkiyə Super Liqasında "Fənərbağça" evdə "Adana Demirspor"u qəbul edib.

Reyting.az
xəbər verir ki, oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 29-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Enner Valensiya penaltidən fərqlənib. 34-cü dəqiqədə Gökhan İnler tarazlığı bərpa edib. 46-cı dəqiqədə isə Yunes Belhanda görüşdə son nöqtəni qoyub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 33-ə çatdıran "Adana Demirspor" 4-cü pilləyə yüksəlib. "Fənərbağça" isə 32 xalla 5-ci sırada qalıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}