13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Futbolçuya 17 milyon avrodan çox maaş verəcəklər
Tarix: 11-01-2022 12:44 | Bölmə: İdman
Futbolçuya 17 milyon avrodan çox maaş verəcəklər
Kingsli Koman

"Bavariya" futbolçu Kingsli Komanla yeni müqavilə imzalamaq üçün razılığa gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Tərəflərin 3 illik sözləşmə üçün anlaşdığı bildirilir. Yeni müqaviləyə əsasən, 25 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisində illik 17 milyon avrodan çox maaş alacaq. Komanın hazırkı sözləşməsinin müddəti isə 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Kingsli Koman bu mövsüm 17 matçda 5 qol vurub və 2 qolun ötürməsini verib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib