"Qalatasaray" Fatih Terimdən sonra daha 7 nəfərlə vidalaşıb
Tarix: 11-01-2022 19:24 | Bölmə: İdman
"Qalatasaray" Fatih Terimdən sonra daha 7 nəfərlə vidalaşıb

Türkiyə "Qalatasaray"ı baş məşqçisi Fatih Terimlə yolları ayırdıqdan sonra daha 7 nəfərlə vidalaşıb.

Məlumata görə, İstanbul təmsilçisi 69 yaşlı mütəxəssisin köməkçiləri Necati Ateş və Selçuk İnanla əməkdaşlığa son qoyub.

Həmçinin inzibati direktor Şükrü Hanedar, idman koordinatoru Fatih İbradı, mətbuat katibi Eray Sözen, "Florya Metin Oktay" bazasının direktoru Fahri Yılmaz və onun müavini Ender Uysal vəzifələrindən azad ediliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}