Türkiyə çempionatının oyunu qəzada ölən futbolçuya görə təxirə salınıb
Tarix: 12-01-2022 16:28 | Bölmə: İdman
Türkiyə çempionatının oyunu qəzada ölən futbolçuya görə təxirə salınıb

"Başakşehir" və "Konyaspor" arasında keçirilməli olan Türkiyə Super Liqasının XXI tur matçı təxirə salınıb.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna qonaq komandanın müdafiəçisi Ahmet Çalıkın ötən gün avtomobil qəzasında dünyasını dəyişməsi səbəb olub.

Yanvarın 15-nə planlaşdırılan qarşılaşmanın yeni tarixi daha sonra açıqlanacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər