16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Super Kubok: “İnter” “Yuventus”a qalib gəlib
Tarix: 13-01-2022 07:51 | Bölmə: İdman
Super Kubok: “İnter” “Yuventus”a qalib gəlib

Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib. Reyting.az xəbər verir ki, həlledici oyunda son çempion “İnter”lə ölkə kubokunun qalibi “Yuventus” üz-üzə gəlib.

“San Siro”da keçirilən oyunda qapılara bütövlükdə 3 qol vurulub. Hesabı ilk yarıda “Yuventus” açsa da, “İnter” fasiləyə qədər bərabərlik qolunu vurmağı bacarıb. Əsas vaxtda başqa qol qeydə alınmayıb. Əlavə vaxtda daha bir qol vuran “İnter” Super Kubokun qalibi olub – 2:1.

“İnter” tarixində 6-cı dəfə İtaliya Super Kubokunun qalibi olub. Milan təmsilçisi daha öncə 1989, 2005, 2006, 2008 və 2010-cu illərdə bu titula yiyələnmişdi. Ən çox Super Kubok qazanan komandalar isə “Milan” (7) və “Yuventus”dur – 9 dəfə.

İtaliya Super Kuboku
12 yanvar


İnter – Yuventus 2:1
Qol: L.Martines, 35. A.Sançes, 120 – Makkenni, 25.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}