Avropa Gənclər Olimpiya Festivalı: üç cüdoçumuz medal qazanıb - Yenilənib
Tarix: 26-07-2022 19:25 | Bölmə: İdman
Avropa Gənclər Olimpiya Festivalı: üç cüdoçumuz medal qazanıb

Bu gün Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın 3 cüdoçusu finala yüksəlib.

Reyting.az
xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan Könül Əliyeva yarımfinal görüşündə böyük britaniyalı Samə Şavı məğlub edərək finala çıxıb. Əliyeva finalda italiyalı İlariya Finestrone ilə qızıl medal uğrunda gücünü sınayacaq.

55 kq çəkidə yarışan Murad Əliyev yarımfinalda türkiyəli Tuncay Türkmana qalib gələrək finala çıxıb. Finalda Əliyev gürcüstanlı Daviti Lomitaşvili ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Həmçinin, 60 kq çəkidə yarışan Nurlan Kərimli almaniyalı Floriyan Bökkerə qalib gələrək finala yüksəlib. O, finalda niderlandlı Cokhem fan Hartenlə qızıl medal uğrunda tatamiyə çıxacaq.

***

Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.

Reyting.az
xəbər verir ki, 48 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı İlariya Finestronenə uduzaraq, gümüş medal qazanıb.

Murad Əliyev isə 55 kq çəki dərəcəsində finalda gürcüstanlı Daviti Lomitaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Əliyev də gümüş medalı qazanıb.

Adıçəkiənlərlə yanaşı, 60 kq çəki dərəcəsindəki Nurlan Kəriml də finalda niderlandlı Cokhem fan Hartenə məğlub olaraq 2-ci yeri tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}