AFFA 6 kluba imtina cavabı verib
Tarix: 28-07-2022 10:10 | Bölmə: İdman
AFFA 6 kluba imtina cavabı verib

Region Liqası komandalarının Birinci Divizionda çıxışı təmin olunmayacaq.

Reyting.az
AFFA-ya istinadla xəbər verir ki, quruma müraciət edən 6 klub meyarlara cavab verməyib.

“Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” iyulun 25-dək AFFA-ya müraciətlər ünvanlansalar da, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və PFL tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.

Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət edən klubların 2022/23 mövsümündə Birinci Divizionda çıxışı təmin olunmayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}