Konfrans Liqası: "Neftçi" - "Aris" oyununa 7 min bilet satılıb
Tarix: 28-07-2022 12:01 | Bölmə: İdman
Konfrans Liqası: "Neftçi" - "Aris" oyununa 7 min bilet satılıb

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Kiprin "Aris" klubu ilə keçirəcəyi cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Klubdan Reyting.az-a verilən məlumata görə, qarşılaşma üçün 7 minə yaxın bilet alınıb.

Qeyd edək ki, bu gün oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}