20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyə millisinin heyəti açıqlanıb
Tarix: 28-07-2022 15:02 | Bölmə: İdman
Türkiyə millisinin heyəti açıqlanıb

Türkiyənin 23 yaşadək futbolçulardan ibarət komandasının Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunları üçün ilkin heyəti açıqlanıb.

Məlumata görə, 31 iyulda komanda baş məşqçi Mehmet Yıldırımın rəhbərliyi altında Konyada bir araya gələcək. Daha sonra bu heyətdən bir nəfər çıxarılacaq və yekun "23-lük" bəlli olacaq.

Qapıçılar: Utku Yuvakuran ("Beşiktaş"), Mehmet Atabərk Dadakdəniz ("Antalyaspor"), Batuhan Ahmet Şən ("Qalatasaray"), İrfan Can Əğribayat ("Göztəpə");

Müdafiəçilər: Tayyip Talha Sanuç, İsmail Çokçalış (hər ikisi "Adana Dəmirspor"), Ahmet Gülay ("Alanyaspor"), Fatih Kurucuk ("Bandırmaspor"), Kazımcan Karataş ("Qalatasaray"), Arda Kızıldağ ("Qaziantep"), Yalçın Kılınç ("Kocaelispor"), Muhammet Taha Şahin ("Manisa");

Yarımmüdafiəçilər: Kartal Kayra Yılmaz ("Beşiktaş"), Mehmet Özcan ("Bandırmaspor"), Tuğbəy Akgün (klubsuz), Burak Kapacak ("Fənərbağça"), Barış Alpər Yılmaz ("Qalatasaray"), Adəm Ərən Kabak ("Konyaspor"), Ali Kaan Günərən ("Ankaragücü"), Cəlil Yüksəl, Polat Yaldır (hər ikisi "Samsunspor");

Hücumçular: Muhammed Gümüşkaya ("Fənərbağça"), Mehmet Umut Nayir ("Girəsunspor"), Metehan Altunbaş ("Lask", Avstriya).

Qeyd edək ki, Türkiyə millisi A qrupunda Seneqal, Əlcəzair və Kamerunla qarşılaşacaq. B qrupunda isə Mərakeş, İran, Səudiyyə Ərəbistanı və Azərbaycan yarışacaq. Futbol yarışları 8-16 avqust tarixlərində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər