Avropa Çempionatı: Azərbaycan millisi Moldovanı məğlub edib
Tarix: 28-07-2022 16:13 | Bölmə: İdman
Avropa Çempionatı: Azərbaycan millisi Moldovanı məğlub edib

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Məlumata görə, C divizionunda yer alan və yarımfinala vəsiqəni ötən tur təmin edən yığma B qrupundakı sonuncu matçında Moldova ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycanın 75:66 hesalı qələbəsi ilə başa çatıb.

Milli komandanın yarımfinaldakı rəqibi daha sonra bəlli olacaq.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}