"Qəbələ" qalib gəlib, ancaq mərhələ adlaya bilməyib - Yenilənib
Tarix: 28-07-2022 21:49 | Bölmə: İdman
"Qəbələ" qalib gəlib, ancaq mərhələ adlaya bilməyib

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb. 

Reyting.az
xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 

İlk matçda Macarıstan təmsilçisi 4:1 hesabı ilə qalib gəldiyi üçün iki oyunun yekununda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb.

***

Qəbələdə eyniadlı komanda ilə Macarıstan "Fehervar"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün komandaların start heyətləri açıqlanıb.

Reyting.az
xəbər verir ki, kollektivlər meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 10. Omar Hani, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 97. Felipe Santos

Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev

Baş məşqçi: Elmar Baxşıyev

"Fehervar": 1. Daniel Kovaç, 5. Attila Fiola, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 94. Klaudiu Bumba

Baş məşqçi: Mixael Boris

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq. Macarıstandakı ilk matçda "qırmızı-qaralar" 1:4 hesabı ilə uduzub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}