"Zirə" Konfrans Liqasında mübarizəni dayandırıb
Tarix: 29-07-2022 00:37 | Bölmə: İdman
"Zirə" Konfrans Liqasında mübarizəni dayandırıb

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab görüşünə çıxıb.

Reyting.az
xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşıb. Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılan qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Oyuna yaxşı başlayan "qartallar" bir neçə epizodda rəqibə təhlükə yaşadıb. Əvvəlcə Rüstəm Əhmədzadə əlverişli fürsəti əldən verib. Az sonra Hamidu Keyta 2 müdafiəçini keçib qapı istiqamətində zərbə endirsə də, top dirəyin üstündən keçib. Ardınca isə Coşqun Diniyevin uzaq məsafədən qüvvətili zərbəsində azacıq dəqiqlik çatmayıb. Hissənin sonlarına doğru fəallığı artıran meydan sahibləri Brendli Kuvasla qola yaxın olsa da, müdafiəçilər təhlükəni sovuşdura biliblər.

İkinci yarı da qarşılıqlı hücumlarla başlayıb. 50-ci dəqiqədə Əhmədzadənin başla vurduğu top qapının üstündən keçib. 7 dəqiqə sonra Kuvas Mehdi Cənnətovla üzbəüz qalsa da, qolkiper qola imkan verməyib. 74-cü dəqiqədə Azərbaycan millisinin qapıçısı növbəti dəfə komandasını qoldan xilas edib. "Makkabi" son dəqiqələrdə təzyiqi artırsa da, oyunda qol vurulmayıb.

Beləliklə, "Zirə" Bakıdakı ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzduğundan Konfrans Liqasında mübarizəni dayandırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}