Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb
Tarix: 29-07-2022 09:19 | Bölmə: İdman
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

Reyting.az
xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında "Qəbələ" və "Neftçi"nin qalib gəlməsi, "Zirə"nin isə heç-heçə etməsi ölkəmizin aktivinə daha 0,625 xal yazdırıb. "Neftçi" və "Qəbələ" hərəyə 0,250, "Zirə" isə 0,125 xal qazandırıb.

Bu mövsüm Azərbaycanın qazandığı xal sayı 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatıb. Bunumla belə, ölkəmizin 29-cu pillədəki mövqeyi dəyişməyib.

Xatırladaq ki, "Neftçi" Bakıda Kiprin "Aris" klubunu 3:0, "Qəbələ" öz meydanında "Fehervar"ı (Macarıstan) 2:1 hesabı ilə məğlub edib. "Zirə" isə İsrail səfərində "Makkabi" (Təl-Əviv) ilə qolsuz heç-heçə edib. "Neftçi" mərhələni keçib, "Zirə" ilə "Qəbələ" isə mübarizəni dayandırıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}