20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Peşəkar Futbol Liqasının prezidenti istefa verib - Yenilənib
Tarix: 29-07-2022 11:17 | Bölmə: İdman
Peşəkar Futbol Liqasının prezidenti istefa verib

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.

Reyting.az
Qol.az-a istinadla xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini bildirib.

R. Musayev bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşəcək. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.


***

Peşəkar Futbol Liqası Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb. 

Reyting.az
xəbər verir ki, məlumatda onun səhhəti ilə bağlı istefa verdiyi açıqlanıb:

"14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2008-ci il iyulun 2-də AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci il iyulun 3-də AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub".




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər