Millimiz Belarus komandasına qalib gəlib
Tarix: 30-07-2022 09:03 | Bölmə: İdman
Millimiz Belarus komandasına qalib gəlib

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Belarus komandasına qarşı keçirilmiş oyunda millimiz 1:0 hesablı qələbə qazanıb.

U-19-un heyətində 81-ci dəqiqədə penaltidən Nəriman Axundzadə fərqlənib.

Bu komandalar arasında növbəti qarşılaşma iyulun 31-də olacaq.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}