“Qarabağ”a görə oyun təxirə salınıb
Tarix: 31-07-2022 14:06 | Bölmə: İdman
“Qarabağ”a görə oyun təxirə salınıb

“Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb.

Reyting.az
xəbər verir ki, Budapeşt klubu Bakıda “Qarabağ”a qarşı oynayacağı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşü ilə bağlı yerli futbol liqasına müraciət edib.

Yolun uzaq olmasını və oyunun əhəmiyyətini nəzərə alan “Ferentsvaroş” oyunun vaxtının dəyişdirilməsini xahiş edib. Liqa rəhbərliyi klubun istəyini müsbət cavablandırıb.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Ferentsvaroş” oyunu saat 20:00-da başlayacaq.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}