“Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb
Tarix: 01-08-2022 13:04 | Bölmə: İdman
“Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb.

Reyting.az
xəbər verir ki, ölkə çempionu Martin Qimaraeş Junior Sinesio ilə müqavilə imzalayıb. Son klubu Qazaxıstanın “Atırau” klubu olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oqtay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Joze Eduardo De Moura, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borqes, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}