Konfrans Liqası: "Neftçi"nin pley-offdakı potensial rəqibləri bəlli olub
Tarix: 02-08-2022 16:25 | Bölmə: İdman
Konfrans Liqası: "Neftçi"nin pley-offdakı potensial rəqibləri bəlli olub

"Neftçi"nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Reyting.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya görə "Neftçi" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələsə, növbəti raundda "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}