UEFA reytinqində Azərbaycanın mövqeyi necədir?
Tarix: 04-08-2022 08:57 | Bölmə: İdman
UEFA reytinqində Azərbaycanın mövqeyi necədir?

Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını artırıb.

Reyting.az
xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Macarıstan "Ferentsvaroş”u ilə ev oyunundakı heç-heçəsi (1:1) sayəsində Azərbaycan xal ehtiyatını artıra bilib. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1.375-ə, son 5 mövsümdə isə 14.000-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.

28-ci sırada 15.125 xalla Polşa qərar tutub. Azərbaycanın əsas izləyiciləri 12.375 xala malik Sloveniya və Qazaxıstandır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}