Avropa Liqasında yeni mövsüm başlayır
Tarix: 04-08-2022 09:14 | Bölmə: İdman
Avropa Liqasında yeni mövsüm başlayır

Bu gün Avropa Liqasında 2022/2023 mövsümünə start veriləcək.

Reyting.az
xəbər verir ki, yarışda mübarizə 3-cü təsnifat mərhələsindən başlanacaq. Raundun bütün ilk oyunları eyni gündə keçiriləcək.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə olacaq. "Fənərbaxça" "Slovaçko"nu (Çexiya) qəbul edəcək.

ÇL-nin 3-cü təsnifat mərhələsində "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avropa Liqasının pley-offundakı potensial rəqibləri olan "Şemrok Rovers" (İrlandiya) və "Şkupi" (Şimai Makedoniya) Dublində üz-üzə gələcəklər.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

UEFA Avropa Liqası

3-cü təsnifat mərhələsi, ilk oyunlar


4 avqust

20:00. AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya)

21:00. "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq)

21:00. "Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya)

22:15. "Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya)

22:45. "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə)

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya).(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}