20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İslamiada: bu taekvondoçularımız güclərini sınayacaq
Tarix: 04-08-2022 12:41 | Bölmə: İdman
İslamiada: bu taekvondoçularımız güclərini sınayacaq

Taekvondo üzrə Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, məşqçilər korpusu yarışda 14 idmançıya şans verəcək.

Kişilərdən ibarət yığmadan baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayev (+87 kq) çıxacaqlar.

Qadın millisinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov isə İslamiadada Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovanı (67 kq) sınaqdan keçirəcək.

İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi avqustun 9-da olacaq və yarış avqustun 18-dək davam edəcək. Konyada taekvondoçuların mübarizəsi də start günündən başlayacaq. Dayanq ustaları 4 gün ərzində güclərini sınayacaqlar.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər