"Şamaxı" Premyer Liqada əcnəbi futbolçularsız oynayacaq
Tarix: 04-08-2022 15:08 | Bölmə: İdman
"Şamaxı" Premyer Liqada əcnəbi futbolçularsız oynayacaq

"Şamaxı" komandası Azərbaycan Premyer Liqasında əcnəbi futbolçularsız oynayacaq.

Bu barədə klubun təqdimat mərasimində İdarə Heyətinin sədri Elçin Usub açıqlama verib.

Futbolda yeni olan funksioner bu siyasətin qışdan sonra dəyişdirilə biləcəyini istisna etməyib:

"İlk mövsümdə komandaya əcnəbi cəlb etmək fikrimiz yoxdur. Amma futbolda çox tez-tez müxtəlif situativ ani qərarlar qəbul oluna bilər. Məşqçilərimizə və heyətimizə inanırıq. Amma bir neçə turdan sonra görsək ki, bu eksperiment uğurlu deyil, müəyyən məsələlər üzərində düşünməyə başlayacağıq. Böyük ehtimalla, ən azı qış fasiləsinə qədər hansısa əcnəbinin cəlb olunması planlaşdırılmır. Bunu ona görə etdik ki, daha çox yerli futbolçular oyun şansı qazansın".

Bölgə klubu Premyer Liqanın yeni mövsümü üçün 25 futbolçunu sifariş edib. Bunlardan 3-ü qapıçı, hərəyə 9-u müdafiəçi və yarımmüdafiəçi, 4-ü hücumçudur.

Qapıçılar: Rəşad Əzizli, Əkbər Vəliyev, Sahib Həsənov;

Müdafiəçilər: İbrahim Aslanlı, Arsen Ağcabəyov, Rəhman Daşdəmirov, Fuad Bayramov, Elçin Mustafayev, Cavid Heydərov, Abdulla Rzayev, Rauf Hüseynli, Mirəli Əhmədov;

Yarımmüdafiəçilər: Samir Qurbanov, Nihad Quliyev, Elvin Məmmədov, Kamal Mirzəyev, Pərviz Azadov, Bəhruz Teymurov, Qurban Səfərov, Asim Əlizadə, Elçin Rəhimli;

Hücumçular: Amil Yunanov, Kamran Quliyev, Bahadur Həziyev, Uğur Cahangirov.

Qeyd edək ki, "Şamaxı" yeni mövsümün ilk turunda "Neftçi"ni qəbul edəcək. Avqustun 7-də Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlanacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}