"Qarabağ" italiyalı hücumçuya təklif göndərib
Tarix: 04-08-2022 17:39 | Bölmə: İdman
"Qarabağ" italiyalı hücumçuya təklif göndərib

"Qarabağ" italiyalı futbolçu Manuel Puççarelliyə təklif göndərib.

Bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Bildirilib ki, Azərbaycan çempionu ilə yanaşı, Rumıniyanın ÇFR klubu da 31 yaşlı hücumçunu transfer etmək istəyir.

Ötən ay Avstraliyanın "Melburn Siti" komandası ilə müqaviləsini pozan təcrübəli oyunçu hazırda azad agentdir.

Qeyd edək ki, ölkəsində "Empoli"nin yetirməsi olan Manuel Puççarelli "Qavorrano", "Kyevo", "Peskara" klublarında, həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin "Dibba Əl-Fucayra" komandasında da çıxış edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}