17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Qarabağ" cavab oyunu üçün Macarıstana gedib
Tarix: 08-08-2022 11:58 | Bölmə: İdman
"Qarabağ" cavab oyunu üçün Macarıstana gedib

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la cavab oyunu üçün Macarıstana gedib.

Reyting.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 20:40-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Xatırladaq ki, "Qarabağ" zədəli futbolçuları kapitan Maksim Medvedev və Kevin Medinanı səfərə aparmayıb.

Qeyd edək ki, sabah keçiriləcək "Ferentsvaroş"-"Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}