Milli komandamız qələbə qazanıb
Tarix: 09-08-2022 13:42 | Bölmə: İdman
Milli komandamız qələbə qazanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.

Reyting.az
xəbər verir ki, A qrupundakı ilk tur oyununda rəqib komanda Sudan yığması olub. Görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 3:0.

Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv ilk setdə 25:13, ikincidə 25:20, üçüncüdə isə 25:22 hesabı ilə üstün olub.

Növbəti görüş avqustun 11-də Kameruna qarşı olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}