Milli komandamız uğur qazana bilməyib
Tarix: 27-09-2022 20:27 | Bölmə: İdman
Milli komandamız uğur qazana bilməyib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində çıxışını yekunlaşdırıb. Reyting.az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu kollektiv 2-ci qrupdakı sonuncu oyununda Lüksemburq yığması ilə qarşılaşıb.

Bolqarıstanın Albena şəhərindəki eyniadlı arenada oynanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 7-ci dəqiqədə penaltidən Leon Elşan vurub.

Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib.

Qrupun digər oyununda Türkiyə yığması səfərdə Bolqarıstanla heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra 5 xalı olan "ay-ulduzlu”lar qrup lideri, eyni xala malik Lüksemburq isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}