FIFA Braziliya millisinin oyunundakı insidentlə bağlı araşdırma aparır
Tarix: 28-09-2022 16:52 | Bölmə: İdman
FIFA Braziliya millisinin oyunundakı insidentlə bağlı araşdırma aparır

FIFA Braziliya və Tunis komandaları arasında yoldaşlıq oyununda baş verən insidentlə bağlı araşdırmaya başlayıb.

Məlumata görə, ali futbol qurumu irqçiliyin və zorakılığın istənilən formasını qəti şəkildə pislədiyini bildirib.

FIFA futbolda bu cür davranışları qəbul etmədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Braziliyanın 5:1 hesablı qələbəsi ilə başa çatan matçda "sambaçılar"ın hücumçusu Rişarlisona qarşı irqçilik edilib. Forvard 19-cu dəqiqədə komandasının ikinci qolunu vurandan sonra ona banan atılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}