07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
UEFA “Qarabağ”ın rəqibini cərimələyib
Tarix: 29-09-2022 10:09 | Bölmə: İdman
UEFA “Qarabağ”ın rəqibini cərimələyib

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” UEFA tərəfindən cəzalandırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.

Cəzaya səbəb Yunanıstan klubunun azarkeşlərinin 2-ci turda “Frayburq”la ev oyununda pirotexniki əşyalardan istifadə etməsidir.

Komandanın növbəti turda “Qarabağ”la qarşılaşmada azarkeş məhdudiyyəti olacaq. Stadionun şimal tribunası qismən bağlanacaq. Həmçinin, Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, “Olimpiakos”-“Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}