Sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib
Tarix: 29-09-2022 21:50 | Bölmə: İdman
Sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib

La Liqada sentyabr ayının ən yaxşı futbolçusu bəlli olub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə La Liqanın saytında bildirilib.

Qeyd olunub ki, bu, "Real"dan Federiko Valverdedir. 24 yaşlı yarımmüdafiəçi səsvermədə Robert Levandovski ("Barselona"), Dani Parexo ("Vilyarreal"), Samu Kastilyexo ("Valensiya"), Luis Felipe ("Betis"), Brais Mendes ("Real Sosyedad") və Niko Uilyamsı qabaqlayıb ("Atletik").

Onu da qeyd edək ki, Valverde bu ay keçirdiyi 5 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}