Azərbaycan Premyer Liqasında VIII tur yekunlaşır
Tarix: 02-10-2022 07:59 | Bölmə: İdman
Azərbaycan Premyer Liqasında VIII tur yekunlaşır

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq.

Reyting.az
-ın məlumatına görə, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.

"Şamaxı" evdə "Sabah"ı qəbul edəcək. Paytax təmsilçisi 16 xalla üçüncü, bölgə klubu iki xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda 14 dəfə üz-üzə gəliblər. Bunların 5-də meydan sahibləri, 4-də qonaqlar 3 xal qazanıb. Topların nisbətində də "Şamaxı" üstündür - 16:14.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı kollektivi "Kəpəz"lə üz-üzə gələcək. Hazırda 3 xala malik komandalar 8-9-cu yerləri bölüşdürür. Tərəflər indiyədək Premyer Liqada 20 dəfə qarşılaşıblar. 8 dəfə "gənclik şəhəri" təmsilçisi, 5 dəfə Gəncə klubu qalib gəlib. Topların nisbətində də "Sumqayıt" öndədir - 28:22.

Azərbaycan Premyer Liqası

VIII tur

2 oktyabr (bazar)


15:30. “Şamaxı” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu

18:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" səfərdə "Səbail"i 2:1, "Zirə" "Turan Tovuz"u 3:1, "Qarabağ" isə evdə "Neftçi"ni 3:1 hesabı ilə üstələyib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}