AFFA İcraiyyə Komitəsinin yeni qərarları açıqlanıb - Siyahı
Tarix: 04-10-2022 17:10 | Bölmə: İdman
AFFA İcraiyyə Komitəsinin yeni qərarları açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, aparılmış müzakirələrdən sonra bəzi qərarlar qəbul edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi Gianni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.

2. Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

3. Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:

Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov

Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova

Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev.

4. Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.

5. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.

6. Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Sədr

Xalid Cavadov – AFFA nümayəndəsi

Üzvlər:

Xanım Məmmədova – AFFA nümayəndəsi

Tariyel Şirəliyev – SOCAR nümayəndəsi

Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi

Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi

Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}