Çempionlar Liqası: "Bavariya" rəqibini darmadağın edib
Tarix: 05-10-2022 00:01 | Bölmə: İdman
Çempionlar Liqası: "Bavariya" rəqibini darmadağın edib

Çempionlar Liqasının qrup mərhələsində III turunda 2 oyun başa çatıb.

Reyting.az
xəbər verir ki, C qrupunda Almaniya "Bavariya"sı evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasını darmadağın edib.

D qrupunda isə "Marsel" Fransada Portuqaliya "Sportinq"inə qalib gəlib. Bu, meydan sahiblərinin qrup mərhələsində ilk qələbəsi olub.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

4 oktyabr


C qrupu

20:45. "Bavariya" (Almaniya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:0

Qollar: Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59

23:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

Xal durumu: "Bavariya" - 9 (3 oyuna). "Barselona" - 3. "İnter" - 3. "Viktoriya" - 0 (3 oyuna)

D qrupu

20:45. "Marsel" (Fransa) - "Sportinq" (Portuqaliya) - 4:1

Qollar: Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 - Fransişku Trinkan, 1

Qırmızı vərəqə: Antonio Adan, 23 ("Sportinq")

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Tottenhem" (İngiltərə)

Xal durumu: "Sportinq" - 6 (3 oyuna). "Tottenhem" - 3. "Ayntraxt" - 3. "Marsel" - 3 (3 oyuna).

Qeyd edək ki, günün digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}