Veteran futbolçunun yubileyi qeyd edilib - Fotolar
Tarix: 05-10-2022 10:26 | Bölmə: İdman
Veteran futbolçunun yubileyi qeyd edilib

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev klubun veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Veteran futbolçu 1952-ci il oktyabrın 2-si Bakı şəhərində anadan olub. Uşaq yaşlarından futbola böyük həvəsi olan Adil Hüseynov 7 yaşından "Neftçi"nin hazırlıq qrupunda futbolun sirrlərini öyrənib. “Neftçi”nin sabiq futbolçusu Adil Hüseynov əfsanəvi 70-cı illər nəslinin nümayəndələrindəndir. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.

Hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti vəzifəsində çalışan, Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru olan sabiq futbolçu 1973-1979-cu illərdə Bakının əfsanəvi "Neftçi" və Naxçıvanın "Araz" klublarında çıxış edib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}