FİFA Mahir Emrelini cəzalandırıb
Tarix: 06-10-2022 21:01 | Bölmə: İdman
FİFA Mahir Emrelini cəzalandırıb

FİFA Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə cəza verib. Bu barədə M. Emrelinin əvvəl təmsil etdiyi klubun - Polşa "Legiya"sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski “Twitter” səhifəsində bildirib.

Reyting.az
-ın məlumatına görə, Y. Laskovski qeyd edib ki, hazırda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

Xatırladaq ki, Mahir Emreli 2021/22 mövsümünün birinci yarısını "Legiya"da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk "Visla"sı ilə Ekstraklasanın 18-ci tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb "Dinamo"suna keçib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}