"Qarabağ" UEFA reytinqində xal ehtiyatını artırıb
Tarix: 07-10-2022 09:25 | Bölmə: İdman
"Qarabağ" UEFA reytinqində xal ehtiyatını artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Reyting.az
xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının G qrupunun III turunda Yunanıstanda "Olimpiakos" üzərində 3:0 hesablı qələbəsi hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 3.000-ə, son 5 mövsümdə isə 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,250 xalı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}